525.Az

Norveçdə 1300 illik xizək tapıldı


 

Norveçdə 1300 illik xizək tapıldı <b style="color:red"></b>

Norveçin qarlı yamaclarında 1300 illik bir kəşfiyyat işi aparılıb. Arxeoloqlar ölkənin qərbindəki Divergarden buz yamacında dünyanın ən qədim - 1300 illik xizək taxtasını tapıblar. 

525.az xəbər verir ki, arxeoloqlar tapılan lövhəni inanılmaz bir kəşf olaraq xarakterizə ediblər. İlk xizək taxtası da 2014-cü ildə eyni ərazidə kəşf edilmişdi. Lövhənin 1 metr 87 santimetr uzunluğunda və 17 santimetr enində olduğu paylaşılmışdı. İkinci xizək lövhəsi də eyni ərazidə tapılıb. Yayımlanan məqalədə xizək lövhələrinin qarın altında olmasının səbəbi aydın olmadığı söylənilib.

Bununla əlaqədar, bir çox ssenarinin olduğu düşünülür. Bunlardan birincisi, qar fırtınasından sonra xizək lövhələrinin qar altında qalmasıdır. Başqa bir ehtimal odur ki, lövhələrdən istifadə edən ovçu qayıdarkən yolun tapılmasını asanlaşdırmaq üçün xizəkləri şaquli olaraq qarın üstünə düzüb. 

El Roman

 





08.10.2021    çap et  çap et