525.Az

Türkiyə və İran XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib


 

Türkiyə və İran XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib<b style="color:red"></b>

Türkiyə və İran Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçirilib.

525.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ankarada ötən gün Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal və İran xarici işlər nazirinin müavini Əli Bağeri Keninin sədrliyi ilə siyasi məsləhətləşmələr keçirilib.

Məsləhətləşmələrdə Türkiyə-İran münasibətləri, eyni zamanda, Suriya, Əfqanıstan, Qafqaz və Yəmən başda olmaqla regional və beynəlxalq vəziyyət barədə fikir mübadiləsi aparılıb.

 

 





09.10.2021    çap et  çap et