525.Az

Azərbaycan cüdoçuları dünya çempionatını 2 medalla başa vurub


 

Azərbaycan cüdoçuları dünya çempionatını 2 medalla başa vurub<b style="color:red"></b>

Azərbaycan cüdoçuları İtaliyanın Olbia şəhərində gənclər arasında keçirilən dünya çempionatında çıxışını başa vurub.

525.az xəbər verir ki, yarışın dördüncü günündə qadınların mübarizəsində Nərmin Əmirli qüvvəsini sınayıb. Lakin startdaca Kanada təmsilçisi Korali Qodbuta uduzan idmançı yarışla erkən vidalaşıb. Beləliklə, Azərbaycan yığması dünya çempionatını 2 medalla başa vurub. Turan Bayramov (60 kq) gümüş, Elcan Hacıyev 81 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, yarışa oktyabrın 10-da yekun vurulacaq.

 





09.10.2021    çap et  çap et