525.Az

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçisi yarımfinala yüksəlib


 

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçisi yarımfinala yüksəlib<b style="color:red"></b>

Norveçin paytaxtı Oslodakı dünya çempionatında Azərbaycanın daha 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.

525.az xəbər verir ki, 63 kq-da çıxış edən Taleh Məmmədov ilk görüşünda türkiyəli Mehmet Çekeri, ardınca isə Cənubi Koreyadan olan Hanjae Çunqu məğlub edərək yarımnfinala vəsiqə qazanıb. O, finala gedən yolda ukraynalı Lenur Temirovla qarşılaşacaq.

67 kq çəki dərəcəsindəki Həsrət Cəfərov isə mübarizəyə təsnifat mərhələsindən başlayıb. Gənclər arasında dünya çempionu və I MDB Oyunlarının qalibi ardıcıl olaraq ABŞ təmsilçisi Peyton Omonya və hindistanlı Qaurov Duhona qalib gəlsə də, 1/4 finalda iranlı Məhəmmədrza Gerayiyə məğlub olub. Cəfərov təsəlliverici görüşlərdə iştirak edə bilmək üçün rəqibinin finala adlamasını gözləməlidir.

87 kq-da yarışan İslam Abbasov isə 1/8 finalda gürcüstanlı Laşa Qobadzeyə uduzub. Rəqibi finala çıxsa, Abbasov təsəlliverici görüşlərə qatılacaq.

 





09.10.2021    çap et  çap et