525.Az

Taliban nümayəndə heyəti Qətərdə ABŞ diplomatları ilə görüşüb


 

Taliban nümayəndə heyəti Qətərdə ABŞ diplomatları ilə görüşüb<b style="color:red"></b>

Taliban nümayəndə heyəti Qətərin paytaxtı Dohada ABŞ diplomatları ilə görüşüb.

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ABŞ qoşunlarının Əfqanıstandan çəkilməsindən sonra baş tutan ilk görüşdə tərəflər Kabilə humanitar yardımların çatdırılması, eləcə də Doha razılaşmasının tətbiqi kimi məsələləri müzakirə ediblər.

Talibanın mətbuat katibi bildirib ki, görüş zamanı Kabil-Vaşinqton əlaqələrində yeni səhifənin açılması təklif edilib, bununla belə, Əfqanıstanın suverenliyinə hörmət etməyə, həmçinin onun daxili işlərinə qarışmamağa çağırış edilib.

Görüşün sabah da davam edəcəyi bildirilib.

 





09.10.2021    çap et  çap et