525.Az

Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək


 

Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təlimi keçiriləcək<b style="color:red"></b>

Oktyabrın 11-dən etibarən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təlimi keçiriləcək.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq.

Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.

 





10.10.2021    çap et  çap et