525.Az

Fransa UEFA Millətlər Liqasının qalibi olub


 

Fransa UEFA Millətlər Liqasının qalibi olub<b style="color:red"></b>

UEFA Millətlər Liqasında İspaniya və Fransa milli komandaları arasında final oyunu keçirilib.

525.az-ın məlumatına görə, İtaliyanın Milan şəhərindəki "San Siro" stadionunda təşkil olunmuş matç Fransanın əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 64-cü dəqiqədə İspaniya yığmasından Mikel Oyarsabal açıb. Bundan cəmi 2 dəqiqə sonra Kərim Benzema bərabərlik, 80-ci dəqiqədə isə Kilian Mbappe qələbə topunu vurub.

Beləliklə, Fransa millisi ikinci dəfə keçirilən Millətlər Liqasının qalibi olub. İlk qalib adını 2019-cu ildə Portuqaliya qazanıb.

Qeyd edək ki, 3-cü yeri Belçikaya eyni hesabla qalib gələn İtaliya tutub.

 





11.10.2021    çap et  çap et