525.Az

İranlı nazirin sərsəm ittihamı - Xaqani Cəfərli yazır


 

İranlı nazirin sərsəm ittihamı -<b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Bir aydan sonra İkinci Qarabağ müharibəsinin başa çatmasının bir ili tamam olacaq. Müharibənin ilk günlərində Ermənistan rəsmiləri və onların fikirlərini dövr etdirən bəzi əcnəbi siyasətçilər Azərbaycan Ordusunun tərkibində əcnəbi muzdular olması haqqında əsassız fikirlər səsləndirdilər. Lakin heç bir sübut göstərə bilmədikləri üçün Ermənistan rəsmiləri bu sərsəm fikirlərini səsləndirməyə son qoydular. Azərbaycana yönəlik belə ittihamlar qeyri-ciddi imicə malik erməni blogerlər tərəfindən zamanla səslənsə də, sözünün qiymətini bilən heç bir şəxs artıq bu sərsəm iddianı səsləndirmir. Çünki İkinci Qarabağ müharibəsinin bitməsindən ötən 11 ay ərzində Azərbaycanın əcnəbi muzdululardan istifadə etməsi ilə bağlı kiçik bir dəlil də tapılmadı.

Azərbaycana qarşı əsassız ittihamların yaddaşlardan silindiyi bir zamanda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bəyan edib ki, Qarabağın azad edilməsi zamanı bir sıra terror hərəkatları bölgəyə daxil olub. Nazir ölkəsinin Azərbaycanla sərhəddə hərbi təlimini bununla izah etməyə çalışıb. Yuxarıda qeyd etdiyimiz kimi, bu fikri artıq Azərbaycanın düşmənləri də səsləndirmirlər, çünki heç kim tərəfindən ciddi qəbul olunmur. Yalnız qeyri-ciddi erməni blogerlərin ara-sıra səsləndirdikləri sərsəm ittihamı İranın xarici işlər nazirinin bəyan etməsi Tehran rəsmilərinin ciddiyyətlərini itirdiyini göstərir.

Nazir Hüseyn Əmir Abdullahian bu açıqlaması onun və digər İran rəsmilərinin ciddiyyətlərini itirərək Azərbaycanın ünvanına səsləndirdikləri ilk və son sərsəm bəyanat deyil. İran rəsmiləri Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutaraq Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsinə imkan verməyəcəklərini bəyan edirlər. Aydındır ki, burada söhbət Ermənistanın sərhədlərindən gedir. Ermənistanın Azərbaycan torpaqlarını işğala altında saxladığı 27 il ərzində İran belə bir mövqe nümayiş etdirmədiyi halda, indi əsassız olaraq Azərbaycanı ilhaqçılıqda ittiham edir. Çox maraqlıdır ki, Ermənistan rəsmiləri Azərbaycana qarşı belə ittiham səsləndirmədikləri halda İran rəsmiləri, o cümlədən də, xarici işlər naziri Hüseyn Əmir Abdullahian belə bir sərsəm iddia ilə çıxış etməyi özünə rəva görür. Məlum olduğu kimi, Ermənistanla İran sərhədi Rusiya Federal Xidmətinin Sərhəd Xidməti tərəfindən mühafizə olunur. Əgər Azərbaycan Ermənistanın sərhədlərini dəyişdirmək niyyətini nümayiş etdirsəydi, buna ilk etiraz edən İrəvanla yanaşı, Moskva olardı. Ancaq indi Azərbaycana qarşı İrəvan və Moskvadan belə iradlar olmadığı halda Tehran rəsmilərinin sərsəm açıqlamaları İran rəsmilərinin ciddiyyətlərini tam itirdiyini göstərir.

Azərbaycanla sərhəddə İranın çox geniş hərbi əməliyyatlar keçirməsi və paralel olaraq da iranlı rəsmi şəxslərin sərsəm iddialarla çıxış etməsi Tehranın imicinə ciddi təsir edib. Beynəlxalq ictimaiyyət İran siyasətinin heç vaxt bu qədər qeyri-ciddi olmadığını qeyd edir və təəccübünü gizlətmir. İran rəsmiləri, o cümlədən də, xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə dünya ictimaiyyətini təəccübləndirməkdə davam etməkdə israrlı görünürlər. 
 

 





11.10.2021    çap et  çap et