Ötən gün Ermənistanın müdafiə naziri Arşak Karapetyan Moskvada rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə görüşüb.
525.az-ın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı tərəflər Ermənistan və Rusiya arasında müdafiə sahəsində əməkdaşlığı, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyəti və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.