525.Az

Dünya bazarında neftin qiyməti cüzi bahalaşıb


 

Dünya bazarında neftin qiyməti cüzi bahalaşıb<b style="color:red"></b>

Bu gün səhər keçirilən hərraclarda neftin qiyməti cüzi artıb.

525.az xəbər verir ki, “Brent” markalı neftin dekabr fyüçersləri 0,25 faiz bahalaşaraq 83,86, WTI markalı neftin noyabr fyüçersləri də 0,22 faiz bahalaşaraq 80,7 ABŞ dollarından satılıb. Əvvəlki hərracda isə hər iki marka 1,5 faiz bahalaşmışdı.

Ekspertlərə görə, son həftələr ərzində davamlı olaraq neftin artan qiyməti bir qədər “fasilə”dən sonra yenə artacaq.

“Neftin qiymətinin artımı əvvəlki kimi güclü təkana bağlıdır, təməl göstəricilər də çox əlverişlidir. Bu il neftin üçrəqəmli qiymətə çıxması sürpriz olacaqmı? Yəqin ki, yox”, – OANDA maliyyə şirkətinin eksperti Kreyq Erlam bildirib.

Son vaxtlar Avropa, Asiya, ABŞ-da enerji qıtlığı üzündən elektrik enerji görünməmiş həddə bahalaşıb. Həmçinin təbii qazın da kəskin bahalaşması elektrik stansiyalarında qaz əvəzinə neftdən istifadə olunur.

Analitiklərin fikrincə, elektrik enerjisi istehsalında neftin önə çıxması nəticəsində ona gündəlik tələbat 250-750 min barel arta bilər.

 





12.10.2021    çap et  çap et