525.Az

Putin Kremldə Paşinyanla görüşüb


 

Putin Kremldə Paşinyanla görüşüb<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

525.az APA-ya istinadən xəbər verir ki, görüş Kremldə baş tutub.

Görüşün protokol hissəsində V. Putin və N. Paşinyan çıxış ediblər.

Rusiya Prezidenti N. Paşinyanla mütəmadi telefon danışıqları apardığını vurğulayıb: “Əlbəttə ki, şəxsi görüşlər hər zaman məhsuldar keçir. Ümid edirəm ki, bu dəfə də belə olacaq. Formal və qeyri-formal danışıqlar aparacaq, birlikdə nahar edəcək və mövcud məsələləri müzakirə edəcəyik”.

V. Putin Rusiya-Ermənistan əməkdaşlığına dair əsas məsələləri, eləcə də regionda vəziyyətin nizamlanması barədə fikir mübadiləsi aparacaqlarını da vurğulayıb.

N. Paşinyan isə çıxışında Rusiya Prezidenti ilə dördüncü dəfə görüşdüyünü xatırladıb: “Bu, bizim münasibətlərin yüksək dinamikasından xəbər verir. Regionda, ümumilikdə dünyada dinamik proseslər gedir. Çox vacibdir ki, müttəfiqlər tez-tez görüşsünlər, danışsınlar”.

O qeyd edib ki, hələlik regionda vəziyyətin tam sabitləşməsindən danışmaq olmaz. Baş nazir əlavə edib ki, regionun təhlükəsizliyinin təmin olunmasında Rusiya açar rolunu oynayır: “Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Əlbəttə ki, bütün bunlar vacib məsələlərdir”.

 





12.10.2021    çap et  çap et