525.Az

AYB katibliyinin toplantısı keçirilib


 

 AYB katibliyinin toplantısı keçirilib<b style="color:red"></b>

Dünən Azərbaycan Yazıçılar Birliyi (AYB) katibliyinin növbəti toplantısı keçirilib.

525.az xəbər verir ki, toplantıda Yazıçılar Birliyinin pandemiya səbəbindən təxirə salınmış XIII Qurultayının tarixi müzakirə edilib. Qərara alınıb ki, qurultay 2022-ci ildə, yaz aylarında, Şuşada, Vaqif Poeziya Günləri ərəfəsində keçirilsin. Qurultaya hazırlıq işləri ilə bağlı təkliflər səsləndirilib. Seksiyalara məruzələrin hazırlanmasının tapşırılmasına və məruzələrin yanvar ayında müzakirə edilməsinə, Qurultay nümayəndələrinin yanvar ayından etibarən seçilməsinə qərar verilib. Toplantıda seksiyalara yeni təyinatlar da müzakirə edilib. Səyyad Aran nəsr seksiyasının, Kamran Nəzirli tərcümə seksiyasının sədri, İbrahim İlyaslı isə poeziya seksiyası sədrinin müavini təyin edilib. 

 





13.10.2021    çap et  çap et