525.Az

Azərbaycanda yeni teatr - "Səhnə"


 

Azərbaycanda yeni teatr - "Səhnə" <b style="color:red"></b>

Mədəniyyət və incəsənət mühitimizdə yeni bir ünvan - "Səhnə" adlı teatr yaranıb.

525.az xəbər verir ki, "Səhnə" adlı teatrın yaradıcısı "1 Səhnə" prodüser mərkəzinin direktoru, aktyor və prodüser Elçin Hacıdır. "1 Səhnə" prodüser mərkəzinin nəzdində açılan "Səhnə" teatrının fəaliyyətə başlaması barədə məlumat verən Elçin Hacı bütün mədəniyyət işçiləri və teatrsevərləri təbrik edib. Elçin Hacı vurğulayıb ki, "Səhnə" teatrı da digər teatrlarımız kimi mövsümün açılışına hazırlaşır.

"Səhnə" teatrının bədii rəhbəri Xəqani Əliyev isə öz növbəsində nümayiş olunan tamaşaların insanlarda teatra marağı daha da artıracağına inandığını bildirib.

Teatrın ilk tamaşası Azərbaycan yazıçısı və dramaturqu Mirzə Fətəli Axundzadənin "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur" əsərinin motivləri əsasında hazırlanan "Bir dəfə Qarabağda" etno muzikl janrında nümayiş olunacaq. Tamaşa oktyabrın 30-31-də saat 19:00-da Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində tamaşaçılara təqdim olunacaq. Biletləri iticket.az saytından əldə etmək olar.

Tamaşanın rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəsgərli, şeirlərin müəllifi isə Eminquey Akifdir. Tamaşada rolları Elçin Hacı, Əhliman Ərşadlı, Ramil Məmmədov, Mətanət Eres, Abdulla Elşadlı, İranə Kərimova, Ülvi Haşim və Ruhiyyə Yəhyayeva canlandıracaq. Tamaşada səsləndirilən musiqilər qədim milli musiqi alətlərindən ibarət olan "Əsrlərin sədası" ansamblına məxsusdur. Ansamblın bədii rəhbəri Məmmədəli Məmmədovdur.
 

 





13.10.2021    çap et  çap et