525.Az

AAYDA-nın sədri Nəqliyyat və Rabitə Şurasının iclasında iştirak edib


 

AAYDA-nın sədri Nəqliyyat və Rabitə Şurasının iclasında iştirak edib<b style="color:red"></b>

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə heyətinin sədri Saleh Məmmədov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibində Nəqliyyat və Rabitə Şurasının Türkiyədə keçirilən 12-ci iclasında iştirak edib.

525.az bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, tədbirin əsas müzakirə mövzusunu koronavirus (COVID-19) pandemiyasından sonrakı qolabal inkişafı dəstəkləmək üçün nəqliyyat və rabitə üzrə sərmayələrin qoyulması, rəqəmsallaşdırma yolu ilə nəqliyyat-logistika sistemlərindən səmərəli istifadə, dayanıqlı nəqliyyat sisteminin qurulması, müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsi mövzuları olub.

Tədbir çərçivəsində S.Məmmədov Türkiyənin Nəqliyyat və İfrastruktur Nazirliyinin Quru yolları üzrə baş direktoru Abdulkadir Uraloğlu ilə görüşüb. Görüşdə Türkiyə şirkətlərinin Azərbaycanın yol infrastrukturunun yenidən qurulmasında, xüsusən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yol infratsrukturu layihələrində yaxından iştirak etdikləri vurğulayıb, Türkiyə şirkətləri ilə bu sahədə uğurlu əlaqələrə diqqət çəkilib, qardaş ölkə ilə bu əməkdaşlığın davam etməsinin əhəmiyyəti qeyd olunub.

İclasda 55 ölkədən nümayəndə heyəti iştirak edib.

 





13.10.2021    çap et  çap et