525.Az

Respublika Humanitar Fənlər Gimnaziyasında distant tədrisə keçirilib


 

Respublika Humanitar Fənlər Gimnaziyasında distant tədrisə keçirilib<b style="color:red"></b>

Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bir neçə şagird və müəlliminin COVID-19 testi pozitiv çıxıb.

Bu barədə 525.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, bu hal əsas götürülərək Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, gimnaziyada tədrisin bu gündən etibarən 14 gün müddətinə distant təşkil edilməsinə qərar verilib.

 





14.10.2021    çap et  çap et