525.Az

Dərs başlayandan Azərbaycanda 241 sinif distant təhsilə keçirilib


 

Dərs başlayandan Azərbaycanda 241 sinif distant təhsilə keçirilib<b style="color:red"></b>

Azərbaycanda yeni tədris ili başlayandan bu günədək 241 sinif distant təhsilə keçirilib.

Bu barədə 525.az-a Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onlardan 35-i artıq əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir.

Bildirilib ki, Bakı şəhəri üzrə distant təhsilə keçirilmiş 140 sinfin 26-da əyani tədris forması bərpa olunub. 114 sinifdə distant şəkildə təhsil davam etdirilir.

Xatırladaq ki, ölkədə sentyabrın 22-dən 1-4-cü, sentyabrın 29-dan isə 5-11-ci siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb.

 





14.10.2021    çap et  çap et