525.Az

Xocavənddə xeyli sayda tank mərmisi aşkar edilib - Foto


 

Xocavənddə xeyli sayda tank mərmisi aşkar edilib - <b style="color:red">Foto</b> Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 525.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarınının rayonun Məmməddərə kəndi ərazisində keçirdikləri tədbir zamanı erməni hərbi qüvvələrinə məxsus döyüş sursatı aşkar edilib.

Aşkar edilən 71 ədəd qəlpəli tank mərmisi və onlara aid 64 ədəd partladıcı aidiyyəti üzrə təhvil verilib.

 





14.10.2021    çap et  çap et