525.Az

Daha 1448 nəfər koronavirusa yoluxub


 

Daha 1448  nəfər koronavirusa yoluxub<b style="color:red"></b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1448 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 496 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 476 229 nəfər müalicə olunaraq sağalıb, 6 720 nəfər vəfat edib. 13 831 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 092, bu günə qədər isə ümumilikdə 4 989 627 test icra olunub.

 





14.10.2021    çap et  çap et