525.Az

"Düşməyək dilə, ayrılaq" - Narıngül Nadirin şeirləri


 

"Düşməyək dilə, ayrılaq" -<b style="color:red"> Narıngül Nadirin şeirləri</b>

Yazıçı ömrü

Xalq yazıçısı Anara

Ehey yazıçı,
Sən kitabsan,
Cild-cild dəyişirsən.
Sözə and içirəm,
sən əbədisən.
Sən yorğun dəvə sarvanı,
Ağır-ağır qumluqda yol gedirsən.
Sən bütün səhraların dilini bilirsən.
İlğım kimisən,
Tez-tez gözdən itirsən.
Sən səhra adamlarının tapındığı
Əlamət kimisən.
Bütün inanclara düz gəlirsən.
Bütün inanclarda dirisən.

Bütün obrazlarda
Sən varsan...
Sən izdihamsan,
Adam izdihamı...
Sənin ömrün
Söz ömrüdür yığın-yığın.
Sətir-sətir.
Səpələnmiş vərəq ömrü,
Darmadağın...

Ehey yazıçı,
Unutdunmu dünyanı?
Bəs sənin ömrün hanı?
At bütün obrazları,
Bir obrazda yaşayaq.
Gəl, bu ömrü daşıyaq.

Ehey yazıçı,
Hamı çıxıb getdi
Sənin səhra ömründən.
Bir ovuc su ver,
İçim əllərindən...

***

Bir az sən

Tanrı səpən dənə gəldik 
Beşikdən tələyəcən. 
Ehsan süfrəsi açdım 
Bir az ümid, bir az sən...

Günlərim qutu ömrə
Nəzir kimi salınır.
Üçbucaq arzularım
Dua kimi alınır.

Payız yaxasın cırır
Yarpaq-yarpaq sökülür.
Çırpdıqca günlərimi
Xatirələr tökülür.

Sənə nə ümid verim
Bu sıxlıq, bahalıqda?
Əriyib yoxa çıxır
Ömür də aralıqda.

Qarşıdan sərt qış gəlir,
Payıza ümid qurut.
Qayıtmağa bilet al,
Sonra yolları unut...

Qarışqalar islanır
Tanrı tək məni vurub,
Deyəsən, bu havada,
Sən evcik ürəyimdə,

Quşlar isti yuvada.
Hər gecə şimşək çaxır,
Hər gün yağışlar yağır.
Göyün tavanı damır

Bəs göyü kim saxlayır?
Küçələrdə dolaşır,
Çətir-çətir adamlar.
Güzgü gölməçələrə

Tərs əkilib ağaclar. 
Bu yağışda, əzizim, 
Düşürəmmi yadına? 
Ömür quş kimi uçur

İp bağla qanadına.
Dünya yağışla dolu
Bir quyuya sallanır.
Yağır yağsın, cəhənnəm

***

Qarışqalar islanır...

Tanrı tək məni vurub,
Deyəsən, bu havada,
Sən evcik ürəyimdə,
Quşlar isti yuvada.

Hər gecə şimşək çaxır,
Hər gün yağışlar yağır.
Göyün tavanı damır
Bəs göyü kim saxlayır?

Küçələrdə dolaşır
Çətir-çətir adamlar.
Güzgü gölməçələrə 
Tərs əkilib ağaclar

Bu yağışda, əzizim,
Düşürəmmi yadına?
Ömür quş kimi uçur
İp bağla qanadına.

Dünya yağışla dolu
Bir quyuya sallanır.
Yağır yağsın, cəhənnəm
Qarışqalar islanır...

***

Ayrılaq

Dünya sınaq dünyasıdır,
Gəl, biz də belə ayrılaq.
Ayrılıq yetim qalmasın,
Verək əl-ələ ayrılaq.

Yollarımız ki tən deyil,
Qədər bizdən ötən deyil,
Ayrılıq ki, vətən deyil,
Gəl, gülə-gülə ayrılaq.

Qəlbim tənha yer kürəsi,
Tanrının da yox kimsəsi,
Daha nə qalıb böləsi?
Gəl, bilə-bilə ayrılaq.

Dönüb bir az uşaq olaq,
Bu dünyanı oyun sayaq,
Bəlkə gizlənpaç oynayaq,
Gəl, elə-belə ayrılaq.

Gedən ürəkdir, köç deyil,
Qanadları var, quş deyil,
Onsuz da bizlik iş deyil,
Düşməyək dilə, ayrılaq.

***

Ac pişik kimi...

Ac pişik
Dünən yemək yediyi
Qapını çırmaqlayır.
Caynağında ümid var.
Sərsəri ağlında
O qapı yem yeridir.
Dünənki xoşbəxtliyi diridir.
İnsan da belədir
Dünənki xoşbəxtliyi öldürməz...
Qapı dalındakı
O ac pişik kimi
Beynimi sıxmışam
Xoşbəxtliyə...

 





15.10.2021    çap et  çap et