525.Az

Qalib Azərbaycanın müzəffər sərkərdəsi


 

Qalib Azərbaycanın müzəffər sərkərdəsi<b style="color:red"></b>

Xalqımız dövlətçiliklə bağlı bütün tarixi günləri böyük ehtiramla yaşadır. 2003-cü ilin 15 oktyabrı da belə tarixi günlərdən biridir...

İyirminci əsr siyasi qarşıdurmalar əsri kimi tarixləşdi, Sovet ideologiyası "xalqlar həbsxanası" kimi. Dünyəvi siyasət Sovet ideologiyasını bəzən aşa bilmirdi. Belə bir şəraitdə geniş dünyagörüşə, güclü məntiqə, möhkəım iradəyə müqayisəyəgəlməz ideoloji təfəkkürə malik olan kadrlar hakimiyyətə gətirilirdi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev Mərkəzi hakimiyyətin diqqətini bu xüsusiyyətlərə, bu xüsusiyyətlərin vəhdətinə görə çəkmişdi. Heydər Əliyev istər DTK-da xidmət edəndə, istərsə də Azərbaycan KP MK-nın birinci katibi olanda Azərbaycanın respublika kimi, azərbaycanlıların xalq kimi inkişafına xüsusi diqqət yetirirdi. O illərdə azərbaycançılıq ideologiyasını ilk dəfə sonralar xalqın ümummilli lideri olacaq böyük tarixi şəxsiyyət formalaşdırdı.

Azərbaycanda hakimiyyət böhranı olanda, vətəndaş müharibəsi vəziyyəti yarananda xalq təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə çağırdı. Azərbaycan dövlətçiliyi labüd iflasdan xilas edildi...

Ulu öndər Heydər Əliyev xalqın böyük əksəriyyətinin səsi ilə respublika prezidenti seçildi...

2003-cü il oktyabrın 1-də Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Xalq bu etimadı böyük sevgilərlə qarşıladı. Ulu öndərin inamı xalqın inamı oldu...

2003-cü ilin 15 oktyabrında keçirilən seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verdi. Yəni seçicilərin böyük əksəriyyəti Azərbaycanın sabahlarını İlham Əliyevə etibar edirdi. İlham Əliyevə səs verən xalq əmin idi ki, bu səs Azərbaycan dövlətçiliyinə verilir, Azərbaycanın sabahlarına verilir. Xalqın bu münasibəti həm də ümummilli liderə sevgisinin təzahürü idi. 

Cənab İlham Əliyev Respublikanın dünya dövlətləri sırasında daha böyük etimadlarla əhatələnməsi üçün ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü, nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya İdman Komplekslərinin inşası gənc nəslin sağlamlığının təmin edilməsinə, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzinin inşası səhiyyə sisteminin inkişafına,  minlərlə məktəb tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin daha yüksək səviyyədə qurulmasına mühüm töhfələr verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş elmi təfəkkürə, dərin təhlil bacarığına, gerçəkliyi, reallığı inandırma qabiliyyətinə malik olan fenomenal rəhbərdir. Xalq ona inanır. İnanır ki, Azərbaycanı beynəlxalq miqyasda uğurla təmsil edən dövlət başçısı dünyəvi siyasətin Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmasına da nail olmaqdadır. Bütün beynəlxalq tədbirlərdə gerçək sözün qüdrəti ilə Azərbaycanın dəyişməz bəşəri mövqeyini təlqin etməyə nail olmuşdur. "Qarabağ Azərbaycandır və nida işarəsi" qətiyyəti beynəlxalq miqyasda strateji mesaj oldu. Ermənistan da, Ermənistanın himayədaları da gördü və əmin oldu ki, Azərbaycan dövlətçiliyi güclü siyasi nüfuza, güclü iqtisadiyyata, güclü orduya söykənir.

Davamlı inkişafın və uğurların təməlində duran siyasi peşəkarlığın nəticəsi olaraq dünya ictimaiyyəti gördü ki, Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi dünyəvi siyasətə bəşərilik işığı oldu. Bu işıq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin azərbaycançılıq ideologiyasına, Ulu öndərin siyasi kursuna sədaqətin işığıdır.

Siyasi partiyalarla qurulan konstruktiv əməkdaşlıq, iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində müzakirələr vasitəsilə inkişaf etdirilməsi ölkədaxili siyasi mühitdə növbəti mərhələnin başlanğıcını göstərdi. Azər-baycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Prezident Administrasiyasının nümayəndələri tərəfindən 2020-ci il fevral ayından etibarən heç bir amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsi təmin olundu. Bu, demokratiyanın səviyyəsinin göstəricisidir.

Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Ermənistan havadarlarının siyasi, maddi və hərbi köməyindən istifadə edərək Azərbaycanın ərazisinin 20 faizini işğal etdi. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr yerinə yetirilmədi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev münaqişənin danışıqlar yolu ilə həll edilməsi istiqamətində cəhdlərinə qarşı Ermənistan yeni ərazilər zəbt etməyə cəhd göstərir, status-kvonu saxlamağa çalışırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə bildirdi ki, "Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməz".

Azərbaycanda ordu quruculuğu dövlət üçün prioritet olub. Müxtəlif təyinatlı və miqyaslı təlimlər ordunun şəxsi heyətinin döyüş hazırlığını, müxtəlif istiqamətli tədbirlər onun mənəvi-psixoloji hazırlığını daha da artırırdı. Azərbaycan Ordusu neçə-neçə beynəlxalq təlimdə iştirak edib. Ordumuz buna Ali Baş Komandanın rəhbərliyi ilə ordu quruculuğunda əldə edilən uğurlarla, uğurların yaratdığı ehtiramla, etimadla nail olub. "Dəniz Kuboku", "Tank biatlonu", "TurAz  Qartalı" kimi tədbirlər ordumuzun dünya dövlətləti sırasında böyük nüfuza malik olduğunun təsdiqidir.  

Azərbaycan Ordusu Vətən müharibəsindən əvvəl dünyanın ən güclü 50 ordusu sırasında idi. Bu səviyyəyə Azərbaycan dövlətçiliyi ilə Azərbaycanda ordu quruculuğu arasında yaradılmış üzvi, ayrılmaz bağlılıqla, cənab İlham Əliyevin apardığı daxili siyasətlə, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlərlə nail olunub. Ölkə başçısının təşəbbüsü ilə yaradılmış Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir ki, bunlar da Azərbaycanda ordu quruculuğunun istinadlarından biridir.

Ermənistanın silahlı birləşmələri 2020-ci il sentyabrın 27-də müxtəlif istiqamətlərdən həm dövlət sərhədlərimizdən, həm də işğal olunmuş ərazilərdən hücum etdi. Azərbaycan Ordusunun hissələri hücumun qarşısını qətiyyətlə aldı. İşğalçıya, işğalçılığa qarşı əks-hücum əməliyyatı başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsinin mahiyyətini dünyanın diqqətini çəkən "Bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək" kəlamları ilə ifadə etdi.

Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsi azərbaycançılığın erməniliklə müharibəsi idi...

Azərbaycan Ordusu düşmənin illərlə yaratdığı, möhkəmlətdiyi, yeniləşdirdiyi güclü müdafiə sistemini, sədləri qısa müddətdə darmadağın etdi. Əsgərlərimiz mövqe qələbələri qazanır, Böyük Qələbəyə yaxınlaşırdı. Qazanılan ilkin qələbələr təsdiqləyirdi ki, Azərbaycan Ordusu Ali Baş Komandanın sərkərdəliyi ilə işğalı sona çatdıracaq, torpaqlarımızı işğaldan azad edəcək.

Vətən müharibəsində xalq cənab Prezidentin ətrafında sıx birləşdi. Bu, xalqın Prezidentinə, Vətənə, dövlətə, dövlətçiliyə sevgisinin nəticəsi idi. Zəfər qazanıldı. Torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində dedi:

"...Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir..."

Ordu quruculuğu məsələlərinin dövlət siyasətinin prioriteti kimi müəyyən olunması illər sonra öz nəticəsini göstərdi və Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin həlli istiqamətində bu və ya digər beynəlxalq təşkilatda yaranan təəssüratları darmadağın etdi.

Buna Azərbaycan dövlətçiliyi ilə Azərbaycanda ordu quruculuğu arasında yaradılmış üzvi, ayrılmaz bağlılıqla, İlham Əliyevin apardığı daxili siyasətlə, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlərlə nail olundu. Ölkə başçısının təşəbbüsü ilə yaradılmış Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir ki, bunlar da Azərbaycanda ordu quruculuğunun istinadlarından biridir.

Vətən müharibəsindən əvvəl Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasında idi. Bəs Zəfərdən sonra?..

30 il məğlub dövlət kimi tanınan Azərbaycan Vətən müharibəsində qazanılan Zəfərlə qalib dövlət oldu.

Cənab İlham Əliyevin sərəncamları ilə dövlətin və xalqın gücü ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin vüsət alması istiqamətində gərəkli tədbirlər başlayıb. Ordudan tərxis edilən gənclər də bu posesdə iştirak etməyə niyyətlidi.

Böyük Qayıdış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə azərbaycançılığın erməni millətçiliyi üzərində qəti qələbəsi olacaq!

 





15.10.2021    çap et  çap et