525.Az

Bill Qeytsin əhalinin sayını azaltmaq planı - EL Roman yazır


 

Bill Qeytsin əhalinin sayını azaltmaq planı -<b style="color:red"> EL Roman yazır</b>

Dünya əhalisinin sayı 1800-cü ildə 1 milyarda çatmışdı. Əhalinin iki qatına - yəni 2 milyarda isə bundan düz 127 il sonra, 1971-ci ildə çatdı. Bu günsə artıq 8 milyard olmuşuq. 

Dünya əhalisi son 100 ildə 4 dəfə artıb. Keçmişə dönüb baxsaq, hər keçən ildə əhalinin daha çox artdığını görərik. Bu isə öz növbəsində daha çox işsizliyə, daha çox aclıq və qıtlığa səbəb olur. Bu, qaçılmazdır. 

Təbii ki, dünyanı idarə edən böyük qüvvələr də bizim bəsit şəkildə görə bildiyimiz bu qaçınılmaz problemlərin fərqindədirlər. Həmin qüvvələr bunun fərqində olduqları üçün gələcəyi dəyişdirmək, dünya əhalisinin sayının artımını nəzarət altına almaq istəyə bilərlər. Hətta bunun üçün xeyli addım atmış hamımıza tanış bir ad da var: Bill Qeyts. 

Bir neçə il əvvəl etdiyi çıxışların birində: "Dünyada bu gün 6,8 milyard insan var. Bunun da 9 milyarda doğru yolu var. Əgər peyvəndləmə mövzusunda irəliləyə bilsək, dünya əhalisini 10-15 faiz azalda bilərik" deyən Bill Qeyts, qısaca, gələcəyimizi qurtarmaq istəyiriksə, dünya əhalisinin sayını tarazlaşdırmaq lazım olduğunu vurğulayır. 

Bəs əhalinin sayının artmasının qarşısını necə almaq olar? Dünya əhalisini azaldacaq bəzi yollar var. Məsələn, qısırlaşdırmaq. Bu, doğum nisbətini xeyli azaldar. Ya da müharibə. Müharibələr hər zaman əhali sayına təsir göstərib. Digər bir seçim isə bizə ən yaxın olanıdır, yəni pandemiya. Bu seçimlərə baxanda ən qorxunc kimi görünən hazırda bizim də yaşadığımız pandemiya ola bilər. Amma pandemiya məhdud müddətdə dünya əhalisinin sayını azalda bilər. Müharibə də belədir. Vaxtilə yaşanan "Qara vəba" 200 milyon insanın həyatına son qoymasına baxmayaraq, əhali artımını saxlaya bilməmişdi. Hətta Birinci və İkinci Dünya müharibələrinə rəğmən, XX yüzillikdə dünya əhalisi 3 dəfə artmışdı. 
Dünya əhalisinin say artımına vurula biləcək ən böyük zərbə ümumiyyətlə, doğulmamaqdır. Ən bəsit olanı budur. Qısırlıq nə qədər artsa, əhali sayının artımı da bir o qədər azalacaq. Narahatlıq doğuran ən böyük problem də elə budur. Bir iddiaya görə, Afrikada əhalinın sürətlə artımı bir çoxunun diqqətini çəkdi. Dünyanın qalan hissəsi ilə müqayisədə daha az inkişaf etmiş bu qitədə uşaq iflici xəstəliyi meydana gəlir. Bill Qeytsin nəzarətindəki şirkət Afrikaya getdi və yüz minlərcə uşaq peyvəndləndi. Amma Bill Qeytsin durduq yerə belə bir şirkət quraraq özünü bu işlərə yönəltməsi çox da normal hal deyil. İddiaya görə, Qeytsin əsl məqsədi Afrikada qısırlaşmış bir nəsil yaranması idi. Uşaq iflicinə qarşı mübarizə onun əsl məqsədi deyildi. Əhalinin ən çox artdığı hissəni qısırlaşdırmaq, sözsüz ki, ümumi say nisbətini idarə etməyi də asanlaşdırar. Əgər bu iddia gerçəkdirsə və haradasa belə bir qərar alınıbsa, bu, insan haqlarının tapdanması deməkdir. 

Tarix boyu dünya əhalisinə təsir göstərən bir çox faktorlar olub. Əhali sayı bəzən xəstəliklərə və müharibələrə görə, bəzən də insan təsirindən asılı olmayaraq, təbii fəlakətlərdən dolayı azalıb. Hətta əfsanəyə görə, Nuh tufanından sonra dünya əhalisi cəmi 8 nəfər olmasına baxmayaraq, insanlıq yenə də artmış, çoxalaraq bütün dünyaya yayılmışdı. Amma heç vaxt heç kəs əhali artımını nəzarət altına almaq istəməyib. Son yüz ildə isə bu, dəyişdi. Məsələn, ABŞ-da "Rəhbər daşı" adlanan bir abidənin üzərində 10 əmr həkk olunub. Bu əmrlərdən birincisi belədir: "Dünya əhalisini 500 milyondan aşağıda saxla". Sonuncu əmr də qəribədir: "Dünyada xərçəng olma, təbiətə yer ver". İnanılır ki, həmin "Rəhbər daşı"ndakı əmrlər bütün bəşəriyyətin gələcəyini xilas edə biləcək gücdədir. 

Statistikalara baxanda gözdən qaçan bir məqam da var. Dünya əhalisi artır, amma artım faizi son illərdə hər il aşağı düşür. Bununla birlikdə, doğum sayının azalmasına baxmayaraq, insan ömrü də uzanmağa davam edir. Yəni əslində, biz fərqində olmasaq da, dünya əhalisi azalmağa davam edir. Bəs bizim əlimizdə olsaydı, biz hansı qərarı verərdik? Gələcəyimiz üçün müdaxiləmi edərdik, yoxsa dünyanın gələcəyini qədərin ixtiyarınamı buraxardıq?

 





15.10.2021    çap et  çap et