Azərbaycan Dövlət Akademik Musiqili Teatrı balet truppasına işçi qəbulu ilə bağlı müsabiqə elan edib.
Teatrdan 525.az-a verilən məlumata görə, xoreoqrafiya sənəti sahəsində çalışan ixtisas təhsilli 18 yaşından yuxarı şəxslər müsabiqədə iştirak edə bilər. Aşağıdakı sənədlərin qəbulu 2021-ci il dekabrın 1-dək davam edəcək:
- Şəxsiyyət vəsiqəsinin surəti
- Təhsil haqqında sənədin surəti (və ya təhsil aldığı ali məktəbdən arayış)
- Əmək kitabçasının surəti
- Tərcümeyi-hal
- Yaradıcılıq xasiyyətnaməsi (köhnə iş yerindən)
- 2 fotoşəkil (3x4)
- Fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların və fəxri fərmanların surətləri