525.Az

Dövlət Akademik Musiqili Teatrı balet truppasına işçi axtarır


 

Dövlət Akademik Musiqili Teatrı balet truppasına işçi axtarır<b style="color:red"></b>

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı balet truppasına işçi qəbulu ilə bağlı müsabiqə elan edib.

Teatrdan 525.az-a verilən məlumata görə, xoreoqrafiya sənəti sahəsində çalışan ixtisas təhsilli 18 yaşından yuxarı şəxslər müsabiqədə iştirak edə bilər. Aşağıdakı sənədlərin qəbulu  2021-ci il dekabrın 1-dək davam edəcək:

- Şəxsiyyət vəsiqəsinin surəti

- Təhsil haqqında sənədin surəti (və ya təhsil aldığı ali  məktəbdən arayış)

- Əmək kitabçasının surəti

- Tərcümeyi-hal

- Yaradıcılıq xasiyyətnaməsi (köhnə iş yerindən)

- 2 fotoşəkil (3x4)

 - Fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların və fəxri  fərmanların surətləri

 





15.10.2021    çap et  çap et