525.Az

Azərbaycan prezidenti Türkiyəyə görə Sarkisyanın cavabını verib


 

Azərbaycan prezidenti Türkiyəyə görə Sarkisyanın cavabını verib<b style="color:red"></b> Ermənistan prezidenti Serj Sarkisyan Praqada keçirilən “Şərq Tərəfdaşlığı” sammitində çıxışı zamanı Türkiyənin ünvanına ittihamlar səsləndirib.
 
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” səhifəsində yazıb.
 
“Sarkisyan bütün çıxışını qondarma soyqırımla bağlı sərsəm mülahizələri ilə Türkiyəyə  hücuma həsr etdi. Azərbaycan Prezidenti İlham Əliyev isə Sarkisyana Türkiyənin tədbirdə iştirak etməməsindən istifadə etdiyini deyib, “Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!” söylədi”, deyə N. Məmmədov qeyd edib.
 





25.04.2014    çap et  çap et