525.Az

Təhsil Nazirliyi, UNİCEF və ANAMA birgə fəaliyyət planı imzalayıb


 

Təhsil Nazirliyi, UNİCEF və ANAMA birgə fəaliyyət planı imzalayıb<b style="color:red"></b>

Təhsil Nazirliyi, UNICEF və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) sahəsində tərəfdaşlığın 2022-ci ilədək genişləndirilməsi məqsədilə Birgə Fəaliyyət Planı imzalanıb.

Nazirliyin mətbuat xidmətindən 525.az-a verilən xəbərə görə, imzalanma mərasimində UNICEF tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi, ANAMA və Təhsil Nazirliyinin tərəfdaşlığı əsasında Qarabağ bölgəsi və ətraf ərazilərdə Ermənistan-Azərbaycan münaqişəsindən zərər çəkmiş uşaq və ailələrə dəstək məqsədilə Birgə Fəaliyyət Planının təqdimatı olub.

Bildirilib ki, müharibənin partlayıcı qalıqları və minalar münaqişənin təsirinə məruz qalmış bölgələrdə yaşayan ailələr üçün ən böyük təhlükələrdən biri olaraq qalmaqdadır. Proqramdan təxminən 20000 uşaq daxil olmaqla 100 000 insanın faydalanacağı gözlənilir. Avropa İttifaqının təqdim etdiyi humanitar maliyyə yardımı sayəsində bu proqram uşaq və ailələrin maarifləndirilməsinə töhfə verəcək.

Qeyd edək ki, proqram çərçivəsində partlayıcı sursatların təhlükəsinə dair müxtəlif maarifləndirici tədbirlərin, o cümlədən ehtiyacların qiymətləndirilməsi, məlumatlandırıcı materialların hazırlanması, icma və məktəb əsaslı fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sevinc

 





15.10.2021    çap et  çap et