525.Az

Jurnalist Fərahim İlqaroğlu hücuma məruz qalıb


 

Jurnalist Fərahim İlqaroğlu hücuma məruz qalıb<b style="color:red"></b>

 “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu naməlum şəxsin hücumuna məruz qalıb.

Bu barədə APA-ya jurnalist F. İlqaroğlu özü məlumat verib. F. İlqaroğlu qeyd edib ki, bu gün səhər 10.30 radələrində yaşadığı evdən çıxarkən naməlum şəxsin hücumuna məruz qalıb: “Səhər saatlarında  evdən çıxanda naməlum şəxs mənə hücum çəkərək  boğazımdan tutdu və bir neçə zərbə endirdi. Naməlum şəxs əlini bıçağa aparmaq istəyərkən qonşuların səsə gəldiyini görüb hadisə yerindən qaçdı.”
 
F. İlqaroğlu faktla bağlı “102” xidmətinə məlumat verdiyini və  şikayət ərizəsi yazmaq üçün  Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə getdiyini bildirib.
 
Qeyd edək ki, Fərahim İlqaroğlu APA TV ilə də əməkdaşlıq edir.

 





25.04.2014    çap et  çap et