525.Az

Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açdı


 

Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açdı<b style="color:red"></b>

Oktyabrın 15-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümün ilk tamaşası ilə sənətsevərlərin görüşünə gəlib.

525.az xəbər verir ki, A.Şaiqin "Tıq-tıq xanım" əsəri əsasında mərhum rejissor-aktyor Ağaxan Salmanlının quruluş verdiyi eyniadlı tamaşa balacalar üçün nümayiş etdirilib. Həmin gün axşam seansında isə tatar dramaturqu İ.Zeyniyevin "Burqanın evi" pyesi əsasında Əməkdar İncəsənət xadimi Bəhram Osmanovun hazırladığı "Varislər" adlı səhnə əsəri tamaşaçılara təqdim edilib. 

Hal-hazırda üç yeni tamaşanın məşqləri gedir ki, onların da yaxın zamanda premyerası nəzərdə tutulur. Qeyd edək ki, teatrın böyük zalı təmirə bağlandığı üçün tamaşalar müvəqqəti olaraq  R.Behbudov adına Mahnı Teatrının və Kukla Teatrının səhnəsində oynanılır.  
 

 





16.10.2021    çap et  çap et