525.Az

Füzuli Hava Limanına beynəlxalq status verilib


 

Füzuli Hava Limanına beynəlxalq status verilib<b style="color:red"></b> Füzuli Hava Limanına beynəlxalq status verilib.

525.az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Füzuli rayonunda tikintisi başa çatdırılmış beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Füzuli Hava Limanına beynəlxalq status verilib.

Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Füzuli Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərsin.

 





16.10.2021    çap et  çap et