525.Az

“Cəbrayılda dostluq meşəsi salınacaq”


 

“Cəbrayılda dostluq meşəsi salınacaq”<b style="color:red"></b>

"Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin bizə böyük dəstəyi var. Cəbrayılda dostluq meşəsinin və tinglik təsərrüfatının salınması nəzərdə tutulur".

525.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Onun sözlərinə görə, eyni zamanda, regionda analoqu olmayan böyük təlim-tərbiyə müəssisəsinin yaradılması nəzərdə tutulub: “Burada meşə mütəxəssisləri hazırlanacaq, eyni zamanda, ixtisas artımı və digər kompleks tədbirlər həyata keçiriləcək. Ümumilikdə Cəbrayılda və digər yerlərdə işlərə başlamışıq”.

Nazir müavini deyib ki, yaz-əkin mövsümünə Zəngilandan başlanılıb. Onun sözlərinə görə, payız əkin mövsümündə də ağacların əkilməsi nəzərdə tutulub.

 





16.10.2021    çap et  çap et