525.Az

Xarici diplomatlar ermənilərin Tərtər rayonunda törətdiyi dağıntılarla tanış olublar


 

Xarici diplomatlar ermənilərin Tərtər rayonunda törətdiyi dağıntılarla tanış olublar<b style="color:red"></b>

Azərbaycandakı xarici diplomatik korpusun Tərtər rayonuna səfər edən nümayəndələri həmin bölgədə 44 günlük müharibə zamanı baş vürən dağıntılar barədə məlumatlandırılıblar.

525.az Report-a istinadən xəbər verir ki, diplomatlar Vətən müharibəsi zamanı baş verənləri, o cümlədən dağılan evləri, qəbirstanlıqları və s. əks etdirən fotostendlərlə tanış olublar. Onlara məlumat verilib ki, Ermənistan tərəfindən bölgədə 381 məzar olan 10 qəbiristanlıq dağıdılıb.

Həmçinin diplomatlara ötən ilin oktyabr ayında viran qoyulan və həmin vaxtdan indiyədək işğalçıların barbarlığına sübut kimi dağıdılmış vəziyyətdə saxlanılan ev də göstərilib.

 





16.10.2021    çap et  çap et