525.Az

İranda zəlzələ olub


 

İranda zəlzələ olub<b style="color:red"></b>

Bu gün - oktyabrın 16-da İranın Kirman vilayətində 5,1 gücündə zəlzələ olub.

525.az Tehran Universitetinin Seysmoloji Mərkəzinə istinadla xəbər verir ki, zəlzələ yerin 10 kilometr dərinliyində baş verib. Vilayətin bir sıra yaşayış məntəqələrindəki binalarda dağıntılar meydana gəlib. İnsan tələfatı barədə hələlik məlumat yoxdur. İranın Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Rza Fəllah bildirib ki, insanlara yardım etmək üçün zəlzələ bölgəsinə xüsusi xilasedici və tibbi qruplar göndərilib.

 

 

 





16.10.2021    çap et  çap et