525.Az

Gələn ilin büdcə layihəsində düzəlişlər NK-ya təqdim olunacaq


 

Gələn ilin büdcə layihəsində düzəlişlər NK-ya təqdim olunacaq<b style="color:red"></b>

“Maliyyə Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn tapşırıqların 2022-ci ilin dövlət büdcəsi layihəsində əks etdirilməsi üçün müvafiq təkliflərin hazırlanması üzrə işlərə artıq başlanılıb”.

Maliyyə Nazirliyindən 525.az-a verilən məlumata görə, bununla əlaqədar 2022-ci ilin dövlət büdcəsinin gəlir və xərclərinə baxılır, əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının maliyyə təminatının yaradılması ilə bağlı məsələlər nəzərdən keçirilir.

Qeyd edilib ki, dövlət büdcəsi layihəsinə müvafiq düzəlişlərin edilməsi ilə bağlı təkliflər ən qısa müddətdə Nazirlər Kabinetinə təqdim olunacaq.

 





16.10.2021    çap et  çap et