525.Az

"Tariflərin tənzimlənməsi dünya bazarındakı qiymətlərin artımı ilə bağlıdır"


 

"Tariflərin tənzimlənməsi dünya bazarındakı qiymətlərin artımı ilə bağlıdır"<b style="color:red"></b>

Tariflərin tənzimlənməsi dünya bazarındakı qiymətlərin artımı ilə bağlıdır.

525.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, yeni tarifdə əsasən əhali abonentləri üzrə qazın 1200 kubmetrə qədər 1 kubmetrinin qiyməti 10 qəpikdən 12 qəpiyə qaldırılıb. Digər tariflər üzrə əhali abonentlərində dəyişiklik olmayıb.

“Sənaye və kənd təsərrüfatı üzrə qazın bir kubmetri 20 qəpik idisə, yeni tariflə bu, 22 qəpik oldu. Digər müəssisələr üzrə isə tarifdə dəyişiklik olmayıb. Qazanxanalar üzrə tarifdə də dəyişiklik edilib, qazın 1 kubmetrinin qiyməti 13 qəpikdən 16,5 qəpiyə qalxıb. Qeyd edim ki, qazın topdan satış qiyməti də dəyişib. Əvvəllər “Azəriqaz” olaraq qazın topdan satışını “Azərkontrakt” şirkətindən 110 manata alırdıq. Yeni tarifdən sonra bu məbləğ 118 manat olub”, - deyə İB-nin baş direktoru vurğulayıb.

Ruslan Əliyev əlavə edib ki, tariflərin tənzimlənməsində bir sıra səbəblər var. Bunlara dünya bazarında bir çox məhsulların, o cümlədən qaz təsərrüfatında istifadə olunan avadanlıqların qiymətindəki artımı misal göstərmək olar. Bu artım ümumi qazın topdan satış qiymətinə təsir edir. Bu da qazın pərakəndə satış qiymətində əksini tapır.

 





16.10.2021    çap et  çap et