https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
26 Aprel 2024
25 Aprel 2024

Azərbaycanın son 3 cüdoçusu mübarizəyə başlayır

Azərbaycanın son 3 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

525.az-ın məlumatına görə, son yarış günündə 81 kq-da Murat Fətiyev, 90 kq-da Məmmədəli Mehdiyev və 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri qüvvəsini sınayacaq. Hər üç idmançı mübarizəyə 1/8 finaldan start verəcək.

Fətiyev ilk görüşündə Şeyx Dabonn Abraham Fauzi (Fil Dişi Sahili) / Tim Qramkov (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək. Mehdiyevin bu raunddakı rəqibi Rumenici İppet (Konqo) / Aleksis Matyö (Fransa) cütünün qalibi olacaq. Kokauri isə startda Emre Sanalı (Fransa) sınağa çəkəcək.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) qızıl, Hidayət Heydərov (73 kq) isə bürünc medal qazanıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.