525.Az

Ukrayna Ali Radasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb


 

Ukrayna Ali Radasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb<b style="color:red"></b>

Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvlərinin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

525.az APA-ya istinadən xəbər verir ki, Ukrayna Ali Radasının nümayəndə heyəti Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vandallıqla tanış olacaq.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Ali Radasının nümayəndə heyəti Gəncədə Ermənistanın raket zərbəsinə məruz qalmış ərazidə olub.

 





17.10.2021    çap et  çap et