525.Az

İranlı zəvvarların avtobusu İraqda hücuma məruz qalıb


 

İranlı zəvvarların avtobusu İraqda hücuma məruz qalıb<b style="color:red"></b> İranlı zəvvarları daşıyan sərnişin avtobusu İraqda hücuma məruz qalıb.
 
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, hadisə Kərbəla-Kazımeyn magistralında baş verib. Nəticədə avtobusda yanğın baş verib, ancaq sərnişinlər hadisədən sağ qurtulmağı bacarıblar.
 
İranlı zəvvarların vəziyyətinin normal olduğu bildirilir.
 
Səfər İran Həcc və Ziyarət Təşkilatının xətti ilə həyata keçirilib.
 





25.04.2014    çap et  çap et