525.Az

Ədalət Muradov: "Ali təhsilin gələcəyi keçmiş təcrübə əsasında formalaşmayacaq"


 

Ədalət Muradov: "Ali təhsilin gələcəyi keçmiş təcrübə əsasında formalaşmayacaq"<b style="color:red"></b>

Ali təhsilin uğurlu gələcəyini təmin etmək göstərilən səylərdən asılıdır. Burada həlledici amil səylərin adekvatlığı, sistemliliyi, davamlılığıdır. Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib. Rektor bildirib ki, ali təhsilin gələcəyi keçmiş təcrübə əsasında formalaşmayacaq:

"Hər şey ali təhsil prosesinin iştirakçıları və maraqlı tərəflərinin qərarlarından  asılıdır. Burada həlledici amil ali təhsil prosesinin iştirakçıları və maraqlı tərəflərin düşüncələri, biliyi və bacarığıdır".

Ədalət Muradov qeyd edib ki, bir sıra sahələrin gələcəyi üzrə proqnozlar vermək mümkündür. Amma bütövlükdə, gələcəyi öncədən dəqiqliklə görmək mümkün deyil. Ona görə də bəzi sahələrin, o cümlədən, ali təhsil sisteminin gələcəyini necə görmək istəyiriksə, onu elə də  qurmaq lazımdır:" Burada həlledici amil ali təhsilin gələcəyinə baxış, bu baxışa və bu  baxışların sahiblərinə ictimai baxışdır".

S.QARAYEVA
 

 





19.10.2021    çap et  çap et