525.Az

“Mədəniyyət” televiziyasına yeni direktor təyin olunub


 

“Mədəniyyət” televiziyasına yeni direktor təyin olunub<b style="color:red"></b>

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” telekanalına yeni direktor təyin olunub.

"AzTV"nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən məlumata görə, bununla bağlı QSC-nin sədri Rövşən Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Əməkdar incəsənət xadimi Ülviyyə Oqtay qızı Kərimova QSC-nin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” telekanalının direktoru vəzifəsinə təyin edilib.

O, 2019-cu ilin oktyabrından indiyə qədər "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin baş rejissoru vəzifəsində çalışıb.

Qeyd edək ki, əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. O, mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.

 





19.10.2021    çap et  çap et