Talibanın Əfqanıstanda əyalətlərin birinə təyin etdiyi icra başçısı, xəritədə Əfqanıstanın yerini tapa bilməyib.
525.az xəbər verir ki, fransız televiziyası adından müsahibə alan müxbir, ölkənin əyalətlərindən birinə icra başçısı təyin edildiyi iddia edilən Taliban döyüşçüsündən xəritədə Əfqanıstanın yerini göstərməsini istəyib. Qlobusu uzun müddət masasının üstünə çevirən icra başçısı, ölkəsinin yerini tapa bilməyib. O, Əfqanıstanın yerini ofisdəki başqa birinin göstərməsindən sonra tapıb.
Sosial mediada paylaşılan görüntülər böyük marağa səbəb olub.
El Roman