525.Az

Rəqs müsabiqəsində 50 saat fasiləsiz yarışdılar


 

Rəqs müsabiqəsində 50 saat fasiləsiz yarışdılar<b style="color:red"></b>

 

Niderlandda yayımlanan “SBS 6”kanalının təşkil etdiyi "Dance Marathon" adlı proqramda 200 nəfər 100 min avro mükafat almaq üçün 50 saat fasiləsiz rəqs edib. 

525.az xarici mediaya istinadən xəbər verir ki, böyük mükafat uğrunda bir-biri ilə yarışan yüzlərlə namizədin iştirak etdiyi yarış məşhur "Squid Game" serialına bənzədilib və ictimaiyyətin diqqətini çəkib. Sosial media istifadəçiləri və sağlamlıq mütəxəssisləri iştirakçıların 2 gün yatmadan və ya istirahət etmədən rəqs etdikləri yarışmanı "ağılsızlıq" kimi qiymətləndiriblər.

Niderland televiziyasında yayımlanan ən uzun proqram olan rəqs marafonu cümə axşamı başlayıb. Ağciyər xəstələrinin müalicəsi üçün çalışan fondu dəstəkləmək məqsədi daşıyan yarışmaya 100 cütlükdən ibarət 200 rəqqas qatılıb.

El Roman

 





19.10.2021    çap et  çap et