525.Az

Çinə məxsus qayıq Cənubi Koreya sahillərində batdı


 

Çinə məxsus qayıq Cənubi Koreya sahillərində batdı<b style="color:red"></b>

Cənubi Koreya sahillərində Çinə məxsus balıqçı qayığı batıb.

525.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub. İki nəfərin itkin düşdüyü bildirilir. İtkin düşənlərin axtarışlarına aparılır.

Qeyd olunur ki, qəza Cənubi Koreyanın müstəsna iqtisadi zonasında baş verib. Hadisə zamanı qayıqda 15 nəfər olub. Onlardan 12 nəfəri xilas edilib.

 

 





20.10.2021    çap et  çap et