525.Az

Ombudsman Ankara Yıldırım Beyazıt Universitetində təşkil olunmuş tədbirdə çıxış edib


 

Ombudsman Ankara Yıldırım Beyazıt Universitetində təşkil olunmuş tədbirdə çıxış edib<b style="color:red"></b>

Türkiyədə rəsmi səfərdə olanOmbudsman Səbinə Əliyeva Ankara Yıldırım Beyazıt Universitetində “Qarabağda həyatın normallaşması prosesi: hüquqi və siyasi qiymətləndirmə” mövzusunda təşkil olunmuş tədbirdə məruzə ilə çıxış edib. Tədbirdə universitetin rektoru, hüquqşünas alimlər, elmi tədqiqatçılar və tələbələr iştirak ediblər. 

525.az xəbər verir ki, Ombudsman çıxışı zamanı əvvəlcə universitetin rektoruna dəvətə görə təşəkkürünü bildirib. O, 44 günlük müharibə dövründə insan hüquqlarının müdafiəsi,habelə beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozulması faktlarının araşdırılmasısahəsində fəaliyyət,beynəlxalq ictimaiyyətə təqdim edilmiş müvafiq hesabatlarbarədə danışıb.

Ombudsman çıxışında işğaldan azad olunmuştorpaqlarımızda gizli təhlükə kimi mövcud olan minaların yaratdığı təhlükə haqqında geniş məlumat verib. Bildirilib ki, işğal dövründə Ermənistan tərəfindən yaşayış əraziləri kütləvi şəkildə minalanmışdır. Ombudsman Azərbaycan tərəfinin dəfələrlə bununla bağlı etdiyi çağırışlara baxmayaraq, Ermənistanın hələ də minalanmış ərazilərin dəqiq xəritələrini verməkdən yayındığınıqeyd edib.  Bununla yanaşı, Azərbaycan Ombudsmanı tərəfindən mina problemi ilə bağlı müvafiq beynəlxalq təşkilatlara hesabat ünvanlandığı da diqqətə çatdırılıb. Ombudsman beynəlxalq səviyyədə Ermənistana münasibətdə lazımi təsirlərin olmadığını təəssüflə qeyd edib. S.Əliyeva Ermənistanın törətdiyi çoxsaylı ağır cinayətlərə görə məsuliyyətə cəlb edilməsi istiqamətində bütün zəruri addımların atılacağını vurğulayıb.

Yekunda Ombudsman təsisatının 44 günlük müharibə ilə bağlı fəaliyyətinə dair təqdimat nümayiş etdirilib.


 

 





21.10.2021    çap et  çap et