525.Az

"100 mindən çox tibb işçisi koronovirusun qurbanı olub"


 

"100 mindən çox tibb işçisi koronovirusun qurbanı olub"<b style="color:red"></b>

2020-ci ilin yanvarından bu ilin mayına qədər 100 mindən çox tibb işçisi koronovirusdan ölüb.

525.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bildirib. Onun sözlərinə görə, ÜST və tərəfdaşları birgə məruzə dərc ediblər. Məruzədə, həmçinin həkimlərin koronovirusdan müdafiəsini gücləndirməyə çağırış əksini tapıb.

“ÜST-nin yeni işçi sənədinə əsasən, 2020-ci ilin yanvarından bu ilin mayını əhatə edən dövrdə 115 mindən çox tibb işçisi koronovirusdan ölə bilər. Buna görə də tibb işçilərinin prioritet qaydada vaksinasiya olunması vacibdir”, - Tedros Adhanom Gebreyesus brifinqdə belə deyib.

Baş direktorun məlumatına görə, Afrikada həkimlərin vaksinasiya səviyyəsi çox aşağıdır, yüksək gəlirli ölkələrdə isə tibb işçilərinin 80 faizdən çoxu tam peyvəndlənib.

 

 

 





21.10.2021    çap et  çap et