525.Az

"Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi çərçivəsində tədbirlər keçirilib


 

"Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi çərçivəsində tədbirlər keçirilib<b style="color:red"></b>

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib olmuş Qəbələ rayonu Vəndam qəsəbə 2 saylı tam orta məktəbin müəllimi Səadət Məhərrəmovanın "Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi çərçivəsində Qəbələ şəhəri 3 saylı tam orta məktəb, Qəbələ şəhəri 5 saylı tam orta məktəb, Qəbələ rayon Vəndam qəsəbəsi 2 saylı tam orta məktəbində tədbirlər həyata keçirildi. 

525.az xəbər verir ki, layihə rəhbəri Səadət Məhərrəmova Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant müsabiqələri, layihə haqqında, layihənin həyata keçirilməsinin əhəmiyyəti, dövlətimizin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı barədə məlumat verdi, ənənəvi təhsilin davam etdirilməsində pandemiya qaydalarına ciddi riayət edilməsinin vacibliyini vurğuladı.

S.Məhərrəmova qeyd etdi ki, layihənin icra müddəti 15.09.2021-ci il tarixindən,  15.12.2021-ci il tarixinədəkdir, layihənin əsas məqsədi Robototexnikaya marağı artırmaq, şagirdlərin Robototexnika üzrə nəzəri və praktiki biliklər qazanmalarına nail olmaq, ölkəmizdə Robototexnika üzrə mütəxəssislərin yetişməsinə töhfə verməkdir. 

Layihənin təlimçisi Ayaz Məmmədov çıxış edərək "Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi çərçivəsində həyata keçirilən təlimlərin proqramını diqqətə çatdırdı.  A.Məmmədov Şagirdlərin İKT-ə marağının artırılması, şagirdlərin İKT üzrə biliklərinin artırılması, robototexnikanın öyrənilməsinin əhəmiyyətini aşılamaq, robototexnikanın inkişafına və sənayenin avtomatlaşdırılmasına töhvə vermək istiqamətində belə layihələrin həyata keçilməsinin əhəmiyyəti haqqında məlumat verdi.

 





21.10.2021    çap et  çap et