525.Az

Tramp gələn ay özünün sosial media tətbiqini istifadəyə verəcəyini açıqlayıb


 

Tramp gələn ay özünün sosial media tətbiqini istifadəyə verəcəyini açıqlayıb<b style="color:red"></b>

ABŞ-ın keçmiş prezidenti Donald Tramp gələn ay özünün sosial media tətbiqini, “TRUTH SOCİAL”-ı istifadəyə verəcəyini açıqlayıb. 

525.az xarici mediaya istinadən xəbər verir ki, Tramp, bununla platformalarında onu qadağan edən feysbuk və tvitter kimi "böyük texnologiya şirkətlərinə qarşı çıxmağı" hədəfləyir. 

“TRUTH Social”, Tramp Media və Texnologiya qrupu tərəfindən yaradılacaq. O, mətbuat konfransında "Talibanın tvitterdə aktiv olduğu, ancaq sevdiyiniz Amerika prezidentinin susdurulduğu bir dünyada yaşayırıq. Bu, qəbuledilməzdir",- deyib. 

Yeni şirkətin hər kəsə fikirlərini bölüşmək imkanı vermək üçün qurulduğunu ifadə edən Tramp, "Tezliklə TRUTH Social haqqında fikirlərimi ifadə edə biləcəyim və böyük texnologiya şirkətləri ilə mübarizə apardığım üçün çox həyəcanlıyam",- deyib.

El Roman

 





21.10.2021    çap et  çap et