525.Az

Azərbaycan UEFA reytinqində Polşa və Macarıstanı qabaqlayıb


 

Azərbaycan UEFA reytinqində Polşa və Macarıstanı qabaqlayıb<b style="color:red"></b>

Avrokubokların qrup mərhələsinin III turundan sonra UEFA reytinqi açıqlanıb.

525.az saytının məlumatına görə, Konfrans Liqasının qrup mərhələsinin III turunda “Kayrat”ı məğlub edən “Qarabağ” Azərbaycanın reytinqinə daha 0,500 xal gətirib.

Bakıdakı 2:1 hesablı qələbədən sonra bu mövsümün qazancı 3,375-ə çatıb. Son 5 ilin nəticələrinin əksini tapdığı reytinq xalımız isə 16,000-dir.

Qurban Qurbanovun yetirmələrinin bu qələbəsindən sonra Azərbaycan reytinqdə Polşa və Macarıstanı geridə qoyaraq iki pillə irəliləyib. Bu irəliləyiş 26-cı yerə yüksəlmək imkanı verib.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 92,355.

 





22.10.2021    çap et  çap et