525.Az

Dövlətçiliyə xəyanət edən insanlar cinayətə cəlb edilməlidir


 

Dövlətçiliyə xəyanət edən insanlar cinayətə cəlb edilməlidir<b style="color:red"></b>

AYDIN QULİYEV: “ONLARIN ERMƏNİ KƏŞFİYYAT ORQANLARI İLƏ ƏLAQƏLƏRİ VARSA, BU, QANUN ÇƏRÇİVƏSİNDƏ ÖZ CAVABINI TAPMALIDIR

Ayna-Zerkaloqəzetinin əməkdaşı Rauf Mirqədirovun vətənə xəyanətdə ittiham olunaraq həbs edilməsi Sülh Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun da istintaqa cəlb edilib-edilməməsini gündəmə gətirib. L.Yunusun ermənilərlə əməkdaşlığını nəzərə aldıqda bunun reallaşma ehtimalı daha gücləndirir.

Hüquq müdafiəçisi E.Behbudov R.Mirqədirovun ona danışdığı, amma heç bir yerdə dərc olunmayan fikirlərini Müsavat.com.a deyib: “Rauf mənə bildirib ki, Ermənistanda dəfələrlə görüşlərdə, səfərlərdə olub. O, səfərlərinin əsasən Sülh Demokratiya İnstitutunun xətti ilə həyata keçirildiyini bildirib. O, mənə bildirdi ki, həmin görüşlərdə Sülh Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus, həmçinin Arif Yunus da iştirak ediblər. Bu, yoldaşlarını ələ vermək deyil. Rauf onların niyə həbs olunmadığını soruşmayıb, sadəcə deyib ki, səfərlərdə bir neçə nəfər olublar”. Deməli R.Mirqədirovun Ermənistana səfərləri vətənə xəyanət kimi xarakterizə olunan əməlləri L.Yunus onun həyat yoldaşı A.Yunusun yaxından iştirakı ilə baş tutub. Bütün bunları, eləcə Leyla Arif Yunusların fəaliyyətini, ermənilərlə qohumluq əlaqələrini, düşmən ölkə ilə sıx təmaslarını nəzərə aldıqda R.Mirqədirovun həbsi ilə başlanan bu proses onları da əhatə edə biləcəyini proqnozlaşdırmaq olar.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə sia.az saytına açıqlamasında R.Mirqədirovun onu müdafiə edən L.Yunusun hərəkətlərinə münasibət bildirib. O, belə deyib: “Rauf Mirqədirov vaxtilə Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü olub hansı əməllər sahibi olması çoxlarına məlumdur. Ermənistana çoxsaylı səfərləri onun əməllərinə aydınlıq gətirir. Düşmən Ermənistan dövlətinə davamlı bu səfərlər onun hansı əqidəyə hansı məzhəbə xidmət etməsini təsdiq edir. Rauf Mirqədirov Leyla Yunus hər zaman bu əməlləri ilə Azərbaycana qarşı təxribatlarda birgə iştirak ediblər. Bu gün Azərbaycanın inkişafına xələl gətirən Azərbaycan dövlətinə, dövlətçiliyinə xəyanət edən insanlar kimliyindən asılı olmayaraq, cinayət məsuliyyətinə cəlb edilməlidir. Düşünürəm ki, Azərbaycanın hər bir vətəndaşı bu istəkdədir. Arif Yunus onun həyat yoldaşı Leyla Yunus üçün milli maraqların heç bir önəmi, əhəmiyyəti yoxdur. Ona görə ki, onların damarlarında axan qanın hansı millətə mənsub olduğu çoxlarına bəllidir. Bunlar yalnız yalnız ermənilərə ermənipərəst qüvvələrə xidmət etməklə davamlı olaraq Azərbaycana qarşı qərəzli, satqın xəyanət mövqe tutublar. Onlar əsasən öz şəxsi maraqlarını həyata keçirmək, erməni lobbisinə bağlı beynəlxalq təşkilatlardan qrant almaq erməni siyasətinin qulu olmaq yolunu seçiblər. Bu əməl sahiblərinin yalnız bir adı varsatqınlıq. Bu xəyanətkarlar şoular, qalmaqallar düzəltməklə gündəmdə qalmaq niyyətindədirlər. Azərbaycan cəmiyyəti bu satqınların layiqli yerini göstərib”.

V.Rəhimzadə qeyd edib ki, Leyla Yunus onun kimi naxələflər daim dəllallıq siyasi məhbus alveri ilə məşğul olur: “Bu adam bütün fəaliyyəti boyu xəyanətkarlıqla, satqınlıqla məşğul olub. Bütün fəaliyyəti dövlətçiliyə qarşı çıxmaqdan, qarayaxmaqdan ibarət olub. Hər kəs bilir ki, Leyla Yunus onun kimi dəllallar müxtəlif ağır cinayətlər törətmiş məhbusların ailə üzvlərindən havadarlarından pul qopararaq onları siyasi məhbus kimi bəzi beynəlxalq təşkilatlara təqdim edirlər. Təəssüf ki, ölkədə olan demokratik şəraitdən söz azadlığından sui-istifadə edərək bəziləri erməni dəyirmanına su tökür ki, bunun da bir adı varmilli xəyanət. Bu gün Leyla Yunus onun kimiləri xain, ermənipərəst satqın kimi tanınır”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, “Xalq cəbhəsiqəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, L.Yunusun son bir neçə gün ərzində verdiyi açıqlamalar məqsədyönlü xarakter daşıyır. BAXCP-nin sədr müavini deyib ki, Azərbaycan QHT nümayəndələrinin, jurnalistlərinin Ermənistana səfər etməsi anlaşılan deyil: “Ermənistanla Azərbaycan arasındaxalq diplomatiyasıadı altında fəaliyyət göstərən insanların məqsədi şübhəlidir. Çünkixalq diplomatiyasına o zaman əl atmaq olar ki, iki xalq arasında hər hansı bir məsələdə fikir ayrılığı, narazılıq yaransın bu insanların barışdırılması istiqamətində cəmiyyət hərəkətə keçsin. Ermənistan Azərbaycanın ərazilərini işğal edib. Bu gün həm işğal olunmuş Azərbaycan ərazilərinə, həm Ermənistana səfər edən insanlar orada hansı təkliflə çıxış edirlər? İşğala məruz qalmış bir dövlətin vətəndaşının işğalçıya barışıq təklif etməsi zaman mümkün olub?”.

Onun sözlərinə görə, Ermənistan işğala son qoyarsa, iki xalq arasında münasibətlərin tənzimlənməsi üçün xalq diplomatiyası işə düşə bilər: “Ermənistanaxalq diplomatiyasıadı altında səfər edən insanların hərəkətlər isə Ermənistanın Azərbaycana sırımaq istədiyitəslimçiliksiyasətinə xidmət edir. Kimsə bu prosesdə qrand, yaxud şəxsi maraqları, yaxud da konkret hədəflərinə görə, iştirak edirsə, onlar hərəkətlərinə görə cavab verməli olacaqlar”.

E.Mirzəbəyli əlavə edib ki, R.Mirqədirov kiminlə birlikdə hərəkət etdiyini hansı danışıqlar apardığını hər kəsdən yaxşı bilir: “Təbii ki, bütün bunlar istintaqın nəticəsində bəlli olacaq. Bu prosesdə hər hansı bir şəxs Azərbaycanın əleyhinə çıxış edibsə, dövlətimiz əleyhinə cəsusluq fəaliyyəti ilə məşğul olubsa, bütün bunlar istintaq materialları ilə öz təsdiqini tapacaqsa həmin şəxslər cəzalarını almalıdırlar”.

Bakı-Xəbərqəzetinin baş redaktoru Aydın Quliyevin məsələyə münasibəti belə olub: “Hesab edirəm ki, Rauf Mirqədirovun istintaq müddətində dediyi fikirlər araşdırılmalıdır. Artıq məlumdur ki, Rauf Mirqədirov Leyla Yunusun təşkilatı iləxalq diplomatiyasıadı altında Ermənistanda görüşlər keçirib, həmin layihələrin həyata keçirilməsində iştirakçı olub. Bu baxımdan, nəninki Rauf Mirqədirovun, eyni zamanda Leyla Yunusun da fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır. Əgər həqiqətən bu insanların erməni kəşfiyyat orqanları ilə əlaqələri varsa, Azərbaycanın milli-dövlətçilik maraqlarına qarşı təhdidedici faktlar mövcuddursa, bunlar qanun çərçivəsində öz cavablarını almalıdırlar”.

AZƏR

 





26.04.2014    çap et  çap et