525.Az

Azərbaycanda 19 məktəb, 505 sinif koronavirusa görə distant təhsilə keçib


 

Azərbaycanda 19 məktəb, 505 sinif koronavirusa görə distant təhsilə keçib<b style="color:red"></b>

Ölkə üzrə tədrisə başlanılan tarixdən indiyədək 4432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən 505 sinif (0,6 faiz) distant formaya keçirilib.

525.az-ın məlumatına görə, bu barədə Təhsil və Səhiyyə nazirliklərinin birgə məlumatında bildirlir.

Bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib.

Hazırda 433 sinif distant formada tədrisə davam edir.

 





22.10.2021    çap et  çap et