525.Az

Ağdam Dram Teatrının və Füzulidəki “Araz” nəşriyyatının binaları konservasiya olunacaq


 

Ağdam Dram Teatrının və Füzulidəki “Araz” nəşriyyatının binaları konservasiya olunacaq<b style="color:red"></b>

“İşğaldan azad olunan ərazilərdə yerləşən bir sıra abidələrin konservasiyası nəzərdə tutulur”.

525.az xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, işğaldan azad olunan ərazilərdə yerləşən bir sıra abidələrin konservasiya olunacağı gözlənilir: “Əvvəlki tarixi siması qaytarılması mümkün olmayan tarixi binalar adətən konservasiya olunur. Hesab edirik ki, Ağdam Dram Teatrı bu xüsusdandır və onun konservasiyası nəzərdə tutulur. Digər bu kimi binalara nümunə olaraq Füzuli rayonunda yerləşən "Araz" nəşriyyatını göstərə bilərik”.

 





22.10.2021    çap et  çap et