525.Az

Daha 2112 nəfər koronavirusa yoluxub


 

Daha 2112 nəfər koronavirusa yoluxub<b style="color:red"></b>

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 112 yeni yoluxma faktı qeydə alınıb, 882 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 511 974 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 482 578 nəfər müalicə olunaraq sağalıb, 6 847 nəfər vəfat edib. 22 549 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 568, bu günə qədər isə ümumilikdə 5 081 920 test icra olunub.

 





22.10.2021    çap et  çap et